Koronavirusun ikinci dalğası (VİDEO)

Koronavirusun ikinci dalğası (VİDEO)

Azərbaycanda bu gün 803 nəfər koronavirusa yoluxub. Ümumilikdə götürsək,son günlərin statistikası rekord həddə çatıb. Yerli mütəxəsislərin də xəbərdarlığlarına baxmayaraq əhalinin pandemiya qaydalarına ciddi əməl etməməsi yoluxma sayının artmasına səbəb oldu. Bu vəziyyətdə yarana biləcək təhlükələrin, göstəricilərin qarşısının alınması məqsədi ilə əlaqədar qurumlar yenidən əhaliyə müraciət etdi.

Bu hal səngərlərdə vuruşan döyüşçülərimizi,vətənin keşiyini çəkən əsgərlərimizi də çox narahat edir. Çünki,onların tək narahatlığı ailəsinin sağlamlığıdır və uşaqlarının sağlam mühitdə böyüməsidir. Bu səbəbdən zabitlərimiz də əhaliyə müraciət edərək pandemiya qaydalarına əməl etməsini tələb edir.

Bir vətəndaş kimi hər birimiz pandemiyanın göstərilən qaydalarına ciddi əməl etməli, sağlamlığımız üçün, xalqımızın,ordumuzun rifahı üçün görünməz düşmənlə mübarizə aprdığımızı unutmamalıyıq.

Mənbə: www.realtv.az