Pandemiya ilə bağlı vəziyyət - VİDEO

Pandemiya ilə bağlı vəziyyət - VİDEO

Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar bu gündən etibarən Xaçmaz rayonu ərazisinə giriş-çıxış məhdudlaşdırılıb. Xaçmaz ilə qonşu olan Quba, Qusar və Şabran rayonları arasında qurulan stasionar postlarda polis əməkdaşları ilə yanaşı, hərbi qulluqçular da gücləndirilmiş iş rejimində xidmət aparır. Burada nəqliyyat vasitələri və piyadalar müvafiq qaydada yoxlanılır və rəsmi icazəsi olmayan şəxslər geri qaytarılır.
Həmçinin rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində də profilaktiki reydlər keçirərək, sakinlərə həyata keçirilən tədbirlər barədə geniş məlumatlar verirlər.
Qeyd edək ki, şimal bölgəsində Xaçmazla yanaşı Quba şəhərinə, həmçinin rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndlərinə də giriş çıxışda məhdudiyyətlər tətbiq olunur.

 

Mənbə: www.realtv.az