Siz xalq kimi danışır, xalqın sözünü deyirsiniz - Ali Baş Komandana MÜRACİƏTLƏR

Siz xalq kimi danışır, xalqın sözünü deyirsiniz - Ali Baş Komandana MÜRACİƏTLƏR

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətandaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı erməni qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

Müraciət edənlər Ali Baş Komandanın əzminin, ordumuzun gücünün, xalqımızın dualarının çox qısa bir zamanda digər torpaqlarımızı da qarış-qarış almağımıza imkan verəcəyini qeyd ediblər.

Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda dövlət başçısının uğurlu siyasətinin və qüdrətli Ordumuzun rəşadətinin nəticəsində otuz illik həsrətə son qoyulduğu vurğulanır.

Bildirilir ki, Azərbaycan xalqına qələbəni Ali Baş Komandanın aparmış olduğu uğurlu siyasət, qətiyyət və inam yaşadır.

Prezidentə müraciətlərdə dövlət başçısının adının Azərbaycanımızın görkəmli sərkərdələri sırasına qızıl hərflərlə yazılacağı qeyd olunur.

Azərbaycan xalqı həmçinin Ali Baş Komandanın xalq kimi danışdığını və xalqın sözünü dediyini bildirir.

Mənbə: www.oxu.az