Baş Prokurorluq: "Ordu əməliyyatları barədə informasiya yaymaq məsuliyyət yaradır"

Baş Prokurorluq: "Ordu əməliyyatları barədə informasiya yaymaq məsuliyyət yaradır"

Azərbaycan Baş Prokurorluğu bazar günü məlumat yayaraq sosial şəbəkə istifadəçilərinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.Məlumatda deyilir ki, "Azərbaycanın müharibə vəziyyətində olması nəzərə alınmalıdır və ordunun əməliyyatları barədə video, foto və informasiya yayılmamalıdır".Prokurorluq bu vizual informasiyaların çəkilməməsinə, yayılmamasına və paylaşılmamasına çağrış edib.Qurumun məlumatına görə, belə məlumatlar qarşı tərəfin "informasiya əldə etməsinə şərait yaradır və hərbçilərin həyatını təhlükəyə atır".

Baş Prokurorluq bəyan edib ki, belə məlumatların yayılması "qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır".Azərbaycan Müdafiə Nazirliyi də oxşar xəbərdarlıq yayıb və əhalini hərbi sirr təşkil edəcək məlumatları yaymamağa çağırıb.

Mənbə: criminal.az