Dayım döyüşlərdə şücaəti ilə seçilib, mən də vətən üçün canımdan keçməyə hazıram - Şəhid Dmitri Solnçevin bacısı oğlu

Azərbaycan torpaqlarını erməni işğalından azad etmək Azərbaycanda yaşayan hər bir vətəndaşın müqəddəs borcudur.

Bunu Trend-ə açıqlamasında şəhid Dmitri Solnçevin bacısı oğlu Anar Süleymanov deyib.

O bildirib ki, Azərbaycan ərazisində yaşayan, dilindən, dinindən və millətindən asılı olmayaraq hər bir kəs Azərbaycanı müqəddəs vətəni bilməlidir:

"Mənim dayım Dmitri də Azərbaycanda yaşayan və Azərbaycanı sevən biri idi. O həmişə torpaqlarımızın işğalından söz düşəndə kədərlənir, ermənilərə qarşı xüsusi nifrət edirdi. Dayım ali məktəbi qırmızı diplomla bitirib və işləyirdi. Hər zaman Azərbaycan bayrağı ilə qürur duyurdu. Heç kimlə məsləhətləşmədən hərbi təlimlərə yazıldı və könüllü olaraq vətənə xidmətə yollandı. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində törətdiyi təxribatların qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin tərkibində döyüşə atılıb və şəhid oldu. Mənim dayım mənim üçün nümunədir, qürur mənbəyidir. Bu gün mən də Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün canımdan keçməyə hazıram. Dayım döyüşlərdə şücaəti ilə seçilib. Hamımız Azərbaycan torpaqları uğrunda döyüşməyə hazır olmalıyıq. Qarabağ Azərbaycandır".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Görüşdə razılaşdırılacaq qrafikə əsasən…” – İrəvan dalana dirənir

SONRAKI XƏBƏR

İlham Əliyev: “Biz bu danışıqlardan yorulmuşuq”