YAP Goranboy rayon təşkilatı Gənclər Birliyi maarifləndirmə işləri aparır FOTO

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının Gənclər Birliyinin fəal üzvlərinin iştirakı ilə rayon ərazisində COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə işləri aparılır. SİA-nın verdiyi məlumata görə, gənclər koronavirusa qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri bir daha sakinlərin diqqətinə çatdırıblar. Onlar əhalinin sağlamlığının qorunması baxımından tibbi maskalardan istifadə etməyin və sosial məsafənin qorunmasının zəruriliyini xatırladıb, insanları qaydalara əməl etməyə çağırıblar.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

“Harada erməni varsa, gedib orda konsert verəcəm“ - Alim Qasımov

SONRAKI XƏBƏR

Əliyar Əliyevin Qubadlıda çəkilmiş fotosunun yenilənmiş halı - FOTO