İsrailin COVID-19 peyvəndi insanlar üzərində test ediləcək

İsrailin COVID-19 peyvəndi insanlar üzərində test ediləcək

İsrail Müdafiə Nazirliyindən verilən məlumata görə, İsraildə koronavirusa qarşı hazırlanan peyvənd 1 noyabrdan etibarən insanlar üzərində sınaqdan keçiriləcək.

Cebhe.info xəbər verir ki, İsrail Bioloji Araşdırma İnstitutu tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndin sınaq mərhələsi 1 noyabr tarixindən başlayacaq.

Qeyd edək ki, İnstitut tərəfindən mart ayında hazırlanan ilk peyvənd "BriLife" olub. Onun ilkin sınaq mərhələsi heyvanlar üzərində keçirilib. Hazırda ölkənin səhiyyə nazirliyi peyvəndin növbəti sınaq mərhələsinin insanlar üzərində olmağı üçün heç bir əngəlin olmadığını bildirib. 18-55 yaş aralığındakı 80 nəfər şəxsin üzərində sınanacaq peyvəndin koronavirusa qarşı antikor yaradıb-yaratmayacağını 3 həftə ərzində müşahidə ediləcək. Peyvəndin üçüncü sınaq mərhələsinin isə dekabr ayında olmağı gözlənilir. Bu mərhələdə isə 18 yaşından yuxarı 960 nəfərin iştirak etməyi gözlənilir. Peyvənd insanlar üzərində olan hər iki sınaq mərhələsindən uğurlu çıxarsa, 2021-ci ildə 30 min könüllü şəxsə peyvədləmə aparılacaq. Ümumilikdə, hər üç mərhələ uğurlu olarsa, peyvənd ümumi istifadə üçün təsdiqlənəcək.

Son statistik məlumatlara görə, İsraildə koronavirusa yoluxanların ümumi sayı 309 413, virusdan həyatını itirənlərin sayı isə 2 372 nəfərdir.

Qeyd edək ki, hazırda dünyada təsdiqlənmiş koronavirus peyvəndi mövcud deyil. Bütün peyvəndlərin sınaq mərhələsi davam edir.

 

Mənbə: cebhe.info