"Əsgərə məktub" - Təranə Paşayeva yazır

"Əsgərə məktub" - Təranə Paşayeva yazır

Salam, əsgər qardaşım!

Necəsən deyə soruşmuram. Hər gün gələn qələbə xəbərləri sənin nə qədər mübariz, ruhunun nə qədər diri olduğunu deyir.

Sən Vətənoğlusan! Vətən torpaqlarının azadlığı uğrunda döyüşə atılmısan!

İgid əsgərim,sənin məğrurluğun, yenilməzliyin, Vətənə olan tükənməz sevgin qarşında baş əyirəm!

Vətənanadır, deyib atılırsan düşmən üstünə! Hünərinə qurban Vətən oğlu!

Sən Vətənüçün, Biz anaları, bacıları qorumaq, müqəddəs torpaqlarımızı düşmən tapdağındanazad etmək üçün canını fəda edirsən! Biz analar oğullarımızı Milli Orduya gülə-güləyola salırıq. Çünki biz haqq işi uğrunda vuruşuruq!

Düşmənizorla, məkrlə sahibləndiyi torpaqlarımızdan hünərinlə qovursan! Bizlərdən – ana-bacılarındanarxayın ol! Bizdən heç nigaran qalma!

Biz sizinləvarıq! Dualarımız sizinlədir!

Yenilməz əsgərqardaşım! Bizim işimiz haqq işidir və ədalət mütləq zəfər çalacaq!

Ali başkomandanımız, hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Milliordumuzun ən qısa zamanda tam qələbə çalacağına əminəm!

Var ol, qəhrəmanƏsgərim! Qarabağ Azərbaycandır! Bunu biz bilirik, dost ölkələr bilir. Qulağıkar, gözü kor dünya da bilsin!

Sən hünərinlə,zəfərinlə bildir onlara Əsgər qardaşım!

Sizinbacınız Təranə Paşayeva

Mənbə: icmal.az