Dilçi alim: "Prezidentin nitqini şifahi nitqin ən mükəmməl örnəyi saymaq olar"

Dilçi alim: "Prezidentin nitqini şifahi nitqin ən mükəmməl örnəyi saymaq olar"

"Deyirlər, ideya ehtiyacdan doğur. Ehtiyac duyulanda tarix ideyanı formalaşdırır. 28 il dözüldü. "Qarabağ savaş yolu ilə işğaldan azad edilməlidir" ideyası gercəkləşdi"

Cebhe.info xəbər verir ki, bu sözləri dilçi alim İsmayıl Kazımov deyib.

"Bıçaq iliyə dayananda mənasız görüşlərin səmərəsizliyi, həddən artıq yoruculuğu məlum oldu. Cənab Prezidentimiz İlham Əliyevin yeni çıxışının məğzində məhz bu kimi mühüm məsələlər dayanır. Nitq cox təsirli, mənalı idi. Nitqdə yeni reallıqlar xalqa təqdim olunur.

Bu nitqi şifahi nitqin ən mükəmməl örnəyi saymaq olar", - deyə o bildirib.

 

Mənbə: cebhe.info