Bu şirkətlər də Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldular

Bu şirkətlər də Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldular

“Audit Azərbaycan” və “Amylium Azerbaijan” şirkətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etməklə, Ordumuza və dövlətimizə dəstək kampaniyasına qoşulub.

Belə ki, “Audit Azərbaycan” və “Amylium Azerbaijan” şirkətləri ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzla hədsiz dərəcədə qürur duyuruq. Vətənimizi qoruyan və ərazi bütövlüyü uğrunda mübarizə aparan hər bir insanla fəxr edirik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyə şirkətin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov bildirib.

Sözügedən şirkətlərin əməkdaşları torpaqlarımızın düşməndən tam azad edilməsinə qətiyyətlə inanır və ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi uğurlu siyasəti hərtərəfli dəstəkləyirlər.

Mənbə: axeber.az