Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutub

Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, nəticədə məktəbə ciddi ziyan dəyib.

Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.

Mənbə: apa.az