Son günlər dünyanın əksərölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yolxuma hallarınınartması müşahidə edilir.
Koronavirusun artması müəyyənqadağa və məhdudiyyətləri də gündəmə gətirə bilərmi?
Moderator.az-a açıpqlamaverən professor Adil Qeybulla bunun gözlənilən olduğunu vurğuladı:
“Ölkəmizdə həyati vacibbir proses gedir. Bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlıaparılan Vətən Müharibəsidir. Məlum epidemiyanın ön cəbhəyə transfer edilməsi, əsgərlərarasında yayılması bizim üçün cidid problem yarada bilər. Buna əsla yol verməkolmaz. Bu baxımdan da dövlətin müvafiq, qabqqlayıcı, məhdudlaşdırılıcı hansısatədbirlər görməsi başadüşüləndir. Ola bilər ki, yaxın vaxtlarda koronavirusunyayılmasını önləmək üçün hansısa qadağalar gündəmə gəlsin. Hesab edirəm ki,buna hamı anlayışla yanaşmalı, mövcud qaydalara ciddi şəkildə əməl etməlidir.
Insanların karantinqaydalarına riayyət etməməsi vəziyyətin bu həddə gəlib çıxmasına səbəb olub. Doğrudur,ümumilikdə, bütün dünyada koronavirusun artması müşahidə olunur. Bəzi ekspertlərbunu” ikinci mərhələ” adlandırır. Bu, virusun xeyli zəifləməsi, bununla yanaşı,yolxuculuq qabiliyyətinin yüksək olaraq qalması ilə müşahidə edilir. Metronun bağlanmasıfonunda ictimai nəqliyyatın yükünün artması da ciddi yolxuma potensialıyaradır. Rayonlara gediş-gəliş müharibə başlayandan sonra xeyli yumşaldı ki, bu,rayonlara da koronavirusun transferinə şərait yaratdı. Bəzi kəndlərəgiriş-çıxış qadağan edilib. Ola bilsin ki, bu coğrafiya genişlənsin. Odur ki, müəyyənməhdudlaşdırıcı tədbirlərin görülməsi gözləniləndir”.
Seymur ƏLİYEV
Mənbə: moderator.az