İranda hər 4 dəqiqədə bir insan koronavirusdan vəfat edir RƏSMİ ETİRAF

İranda hər 4 dəqiqədə bir insan koronavirusdan vəfat edir  RƏSMİ ETİRAF

İran hakimiyyəti ölkədə hər 4 dəqiqədə bir insanın koronavirusdan vəfat etdiyini bildirib.

Bununla bağlı İranın Koronavirusla mübarizə üzrə milli komissiyası rəsmi açıqlama yayıb.

“Bizim həkimlər və tibb xidməti artıq yorulub”, - deyə qurumun sədri Əlirza Zali yerli mediaya söyləyib.

Qeyd edək ki, hələ bu ilin yayında koronavirusdan ölənlərin sayının İranın rəsmi qaynaqlarında göstərilənlərdən3 dəfə çox olduğu barədə mətbuatda məlumatlar getmişdi. Hətta “BBC News” materiallarında ilk ölüm halının bu ilin yanvar ayının 22-də qyedə alındığı barədə xəbər yaymışdı. Halbuki İran dövləti ilk yoluxma vaqiəsini yalnız ondan 1 ay sonra elan etmişdi. Bundan başqa bu ilin mart ayında olüm sayısının rəsmi statistikanın 5 dəfə üzərində olduğu aşkarlanmışdı.

Ümumiyyətlə hazırda dünyada “COVİD-19” qurbanlarının sayı 1,2 milyonu, yoluxanların hesabı 43 milyon nəfəri keçib. Onlardan 29 milyonunun sağaldığı bildirilir.

İran 569 minlik yoluxma göstəricisi ilə dünyada 13-cü yeri tutur.(musavat.com)

Mənbə: moderator.az