Minnesotada haqq səsimiz - FOTO/VİDEO

Minnesotanın Azərbaycan Assosiasiyası Minneapolisin mərkəzində erməni terrorizmi və Azərbaycanın dinc əhalisinin atəşə tutulmasına qarşı aksiya keçirib.

Aksiyanın təşkilatçılarından biri Günel Nuralesin Oxu.Az-a verdiyi məlumata görə, aksiyada 200 ailədən ibarət olan Minneapolis Azərbaycan diasporasının böyük hissəsi iştirak edib.

“Etiraz aksiyası çox uğurlu keçdi. İnsanlar bizə yaxınlaşdılar və Ermənistanla münaqişənin tarixi ilə maraqlandılar. Minnesota sakinləri tərəfindən böyük maraq oldu”, - Çikaqonun Azərbaycan icmasının aksiyanın təşkilinə dəstək göstərdiyini qeyd edən G.Nurales bildirib.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilər Gürcüstan və Ukraynanı hədəf aldı – Azərbaycana görə…

SONRAKI XƏBƏR

Türkiyədə partlayış - terrorçu zərərsizləşdirildi (FOTO)