Yaralandı, amma silahdaşlarını döyüş meydanında tək buraxmadı (VİDEO)

Yaralandı, amma silahdaşlarını döyüş meydanında tək buraxmadı (VİDEO)

Bakı. Trend6

Əsgər Namiq Rzayev qızğın gedən döyüşlərdə bədənindən qəlpə yarası almasına baxmayaraq, silahdaşlarını döyüş meydanında tək buraxmayıb.

Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Namiq Rzayev bölmələrimizin irəliləməsi üçün qrup komandiri kimi əlindən gələni əsirgəməyib.

Ordumuzun digər bir şücaətli əsgəri isə Ruslan Məmmədovdur. Qrup komandiri vəzifəsinin öhdəsindən layiqincə gələn hərbçimiz reaktiv artilleriya atəşi ilə düşmənin müşahidə məntəqəsini məhv edib.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: az.trend.az