BSU-nun kollektivi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə müraciət edib

Bakı. Trend:

Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə müraciət edib.

BSU-dan Trend-ə bildirilib ki, müraciət göndərilən həmin ölkələrin BSU-da tədris-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın universitetin kollektivi adından imzaladığı müraciətdə Azərbaycanı həmin ölkələrdə təmsil edən səfirliklərdən müraciətin geniş miqyasda yayılmasının təmin edilməsi xahiş edilir. Məqsəd separatçılıgı və terroru öz dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmiş Ermənistanın tarixən xalqımıza qarşı törətdiyi deportasiya və soyqırımı siyasəti haqqında, eləcə də ermənilərin bu il sentyabr ayının 27-dən başlayan və bu gün də davam edən növbəti hərbi təxribatı və humanitar atəşkəs rejimi haqqında 3 razılaşmanın tələblərini kobud şəkildə pozması barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Müraciətdə deyilir: “Azərbaycan xalqı qədim tarixə, zəngin mədəniyyətə, yüksək milli-mənəvi dəyərlərə malik olmaqla, eyni zamanda, dünya mədəniyyət xəzinəsinə öz töhfəsini vermiş bir xalqdır. Azərbaycanlıların xalq olaraq psixoloji keyfiyyətlərini xarakterizə edən çox dahi şəxsiyyətlərdən biri, rus yazıçısı və jurnalisti V.L.Veliçko 1904-cü ildə nəşr olunmuş “Qafqaz. Rus işi və tayfalararası məsələlər” kitabında yazır ki, “...genişqəlblidirlər, qanları təmizdir...”, “Azərbaycan tatarları türkdürlər, oğuzların nəvələridir, müasir türklərin qan qohumlarıdır, Qafqazın aborigen əhalisidir...”.

Lakin təəssüf hissi ilə qeyd edək ki, 1828-ci ildə Azərbaycan Çar Rusiyası və İran arasında amansızlıqla iki yerə bölüşdürüldükdən sonra İranda, həmçinin Türkiyədə yaşayan ermənilərin məqsədli şəkildə indiki Azərbaycanın ən səfalı yerlərinə - Qarabağ və İrəvan torpaqlarına köçürülməsi həyata keçirildi. Erməni xalqının xislətinə, məkirli niyyətlərinə bələd olmayan dostsevər Azərbaycan xalqı onlara qucaq açdı, ocaqlarından köz verdi, ev-eşik qurmalarına təmənnasız yardım etdi. Ancaq çox keçmədi ki, ermənilər torpaq iddiasına düşərək, burada qədimdən yaşayan yerli sakinləri sıxışdırmağa başladılar. Bu barədə İran ermənilərinin Qarabağa yerləşdirilməsi prosesinin əsas iştirakçısı olmuş Rusiyanın İrandakı səfiri, məşhur rus yazıçısı Aleksandr Qriboyedov özü general-feldmarşal qraf Paskeviçə yazdığı məktubda: “Pol¬kovnik Lazarev (Lazaryan) nizami erməni könüllü qoşunlarını formalaşdırmaq, Qarabağı və digər vilayət¬ləri öz tabeliyinə daxil etmək barədə düşünür”, - deyə qeyd edirdi. Azərbaycan torpaqlarına daim göz qoyan ermənilər, 1905-1907 və 1915-1918-ci illərdə İrəvanda, Zəngəzurda, Bakıda, Gəncədə, Qarabağda, Şamaxıda, Muğanda, Lənkəranda, Qubada və digər bölgələrdə silahsız azərbaycanlılara qarşı kütləvi soyqırımı törətdilər. Bu qeyri insanlığın ardınca özlərinə müstəqil respublika qurmaq üçün Azərbaycandan qədim İrəvan şəhərini istədilər. O dövrün ictimai-siyasi hadisələri fonunda Azərbaycan tərəfi buna o halda razı oldu ki, ermənilər torpaq iddiasından birdəfəlik əl çəksinlər. Lakin onlar qoyulmuş şərtlərə imza atsalar da, özlərinə dövlət yaratdıqdan heç iki il keçməmiş bu müqaviləni xaincəsinə pozdular və 1920-ci ildə rus-erməni bolşeviklərlə əlbir olub Azərbaycanın Zəngəzur mahalını işğal etdilər və bununla Naxçıvanı Azərbaycandan ayırdılar. 1920-ci ilin aprelində isə Azərbaycanı işğal edən sovetlər, 1923-cü ildə ermənilərə qanunsuz olaraq, Sovet Azərbaycanı respublikasının ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ Muxtar Vilayəti statusu verdilər.

Azərbaycanlıların səmimiyyətindən istifadə edən Sovet hakimiyyəti süni yolla azərbaycanlıları ermənilərlə “qardaşlaşdırsa da”, ancaq ermənilər öz məkirli niyyətlərini həmişə içlərində saxlayıb bəsləmişlər. Bu yerdə məşhur fransız yazıçısı və səyyahı Aleksandr Dümanın - "Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər” fikri yerinə düşür.

Azərbaycan torpaqlarına ayaq basdıqları ilk gündən yerli xalqdan daim qonaqpərvərlik, dostluq, mehribanlıq görmüş ermənilər, bunun əvəzində bu xalqın mətbəxini, mədəniyyətini, musiqisini, dilini, ədəbi xəzinəsini və digər milli-mənəvi dəyərlərini özününküləşdirərək dünyaya təqdim etməyə başladılar. Azərbaycanlılarla birgəyaşayışın mümkün olmadığı bəhanə gətirilib, yenidən torpaq iddiası irəli sürülərək 1988-ci ildə Dağlıq Qarabağı Ermənistana birləşdirmək və ya müstəqil respublika etmək fikrinə düşdülər.

Müxtəlif təxribatlar, terrorlar törədən ermənilər 1988-1989-cu illərdə Ermənistan ərazisində yaşayan 300 mindən artıq azərbaycanlını öz tarixi ata-baba yurdundan qovdular. Separatçılığa əl atan ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini ləgv edib, orada heç bir ölkənin və beynəlxalq təşkilatın tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası” elan etdilər və bu bölgədə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək, 750 min adamı öz isti yurd-yuvasından didərgin saldılar. 1992-1994-cü illərdə öz havadarlarının köməyi ilə Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış 20% torpağını işğal etdilər. Ermənilər 1992-ci ilin fevralında Cenevrə Konvensiyasına zidd olan, uşaq, qoca demədən, əliyalın dinc əhaliyə qarşı bəşər tarixində çox az-az rast gəlinən Xocalı soyqırımını törətdilər.

Bu xalq döyüş meydanında üz-üzə gəlməkdən həmişə qorxub. Şübhəsiz ki, böyük rus şairi A.Puşkin onların xasiyyətini çox yaxşı bildiyindən, məhz, “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”, - deyə yazmışdır.

Ermənistanın işğalçılıq siyasətinə son qoyması üçün dünyanın ən ali təşkilatı olan BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə qəbul etsə də, ancaq işğalçılar buna əməl etmədilər. Əksinə, Azərbaycanın Gəncəbasar bölgəsinə və Naxçıvana qarşı iddia irəli sürdülər. Təəssüf ki, bu illər ərzində dünya işğalçı ilə işğala məruz qalana eyni gözlə baxdı.

Baxın, azərbaycanlılarla birgəyaşayışın mümkün olmadığını dünyaya bəyan edən ermənilər özləri monoetnik dövlət qurduqları halda, ancaq bu gün Azərbaycanda onlarla azsaylı xalq, sülh, əmin-amanlıq, multikultural dəyərlərə hörmət edərək, çox firavan yaşayır və Azərbaycanı öz doğma yurdları hesab edirlər.

Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər – Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər keçirilməklə, Azərbaycan xalqının mədəniyyətdə avropalılardan heç də fərqlənmədiyini, eyni zamanda, islamafoblara İslam dininə sivil baxışın necə mümkün olduğu sübut olundu.

Biz yaxşı bilirik ki, başqasının mədəniyyətini, tarixini, musiqisini, tarixi abidələrini, mətbəxini oğurlayıb öz adlarına çıxarmağı özlərinə peşə seçmiş ermənilər, bu missiya ilə bütün dünyaya səpələndikləri kimi, sizin ölkədə də yaşayırlar. Bu üzdən də İslam dinini gözdən salmağa çalışan, özlərini daha çox xristian dini pərdəsi ilə gizlədən, ancaq ona daim xələl gətirən belə bir ikiüzlü, xəyanətkar, etibarsız, nankor, fürsətçil xalqın iç üzünü sizin də tanımağınızı çox istərdik.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ötən illər ərzində Azərbaycanın haqq səsini müxtəlif mötəbər kürsülərdən dünyaya çatdırdı. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə daim sadiq qaldığını bildirdi. Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status təklif etdi. Lakin qarşı tərəf bu danışıqlardan və bu təklifdən imtina etdi, öz işğalçılıq siyasətindən, eləcə də çirkin niyyətindən əl çəkmədi.

Əziz dostlar, məhz bu üzdən də Azərbaycan Ordusu bu gün cəbhədə haqq savaşı aparır. Onun işi haqq işidir. Ermənistanın 30 ilə yaxındır işğalda saxladığı torpaqları qarış-qarış azad edir. Ermənilər isə həmişə olduğu kimi, yenə də dinc əhalini hədəfə alır, Gəncəni, Tərtəri, Tovuzu və digər çoxsaylı yaşayış məntəqələrini müasir tipli raketlərlə atəşə tuturlar. Bu təxribatlar nəticəsində azyaşlı uşaqlar, ahıl qocalar, arzularının çiçəklənən dövrünü yaşayan gənc insanlar dağıntılar altında qalaraq həyatlarını itirmişlıər. Ermənilər öz xislətlərinə uyğun olaraq, indi də “məzlum” donu geyinib, “timsah göz yaşı” axıdaraq, dünyadan kömək istəyirlər. Ancaq yazıçı Jemçuynikovun dediyi, “Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər” sözünü heç kim unutmasın. Qoy, hamı bilsin ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır. Ermənilər indiyədək tarixi nə qədər saxtalaşdırsalar da, öz çirkin niyyətlərinə çata bilmədilər. Çünki hər daşı, hər qayası, hər dağı, hər çiçəyi ilə Qarabağ - Azərbaycandır!”

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Birinci divizionun oyunları üç gündə

SONRAKI XƏBƏR

Azərbaycandakı təsərrüfat subyektləri ilə bağlanan audit müqavilələrinin sayı 15% azalıb, məbləği isə 18% artıb