“Bakinity” şirkətindən Azərbaycan Ordusuna dəstək

“Bakinity” şirkətindən Azərbaycan Ordusuna dəstək

Azərbaycan Ordusunun Qarabağda uğurlu əks-hücuma davam etdiyi vaxtda xalqımızın ümumi əhval-ruhiyyəsini bir cümlə ilə ifadə etmək olar:

“Hər şey cəbhə üçün, hər şey qələbə üçün!”.

Ölkəmizin hər bir vətəndaşı bütün Azərbaycan üçün olduqca önəmli tarixi anda döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirən qəhrəmanlara istənilən dəstək verməyə hazırdır.

“Bakinity” şirkəti də şanlı ordumuzu dəstəkləyib. Şirkət tərəfindən ümumi dəyəri 110.000 manatdan çox olan hərbçilər üçün isti geyim alınıb, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinə təhvil verilib. Bakinity şirkətinin nümayəndələri Azərbaycan ordusunun “Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!” şüarları altında qələbələri qazanmağa davam edəcəyinə əmin olduqlarını bildiriblər.

Azərbaycanın aparıcı inteqratorlarından biri olan “Bakinity” şirkəti 20 ilə yaxındır ki, həm dövlət, həm də özəl sektorun təşkilatlarına IT xidmətləri göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti IT inteqrasiyası, avtomatlaşdırma və rəqəmsallaşdırma üzrə layihələrin idarəolunması və həyata keçirilməsidir.

Mənbə: www.oxu.az