Mədəniyyət strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına yeni qoruqlar əlavə edilib

Mədəniyyət strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına yeni qoruqlar əlavə edilib

Nazirlər Kabineti Azərbaycan Respublikası Mədəniyyət strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edib.

APA-nın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında qərarına dəyişiklik edilməsi ilə bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Mədəniyyət strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında “Büdcədən maliyyələşdirilən qurumlar” bölməsi üzrə "Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlavə edilir.

Həmçinin, yeni dəyişikliyə əsasən, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu; və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu da Mədəniyyət strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Mənbə: apa.az