“Qəbrim üstə ağlama” -Talış kəndi uğrunda şəhid olan Emin Bağırovun anasından son istəyi

“Qəbrim üstə ağlama” -Talış kəndi uğrunda şəhid olan Emin Bağırovun anasından son istəyi

“Əsgər oldum gedirəm İrəli, Haqqını halal et anam, Bəlkə qismət olar şəhid oldum, Bayram günü payımı saxlama, Şəhid olsam qəbrim üstə ağlama”.

Bu şeir onun qələmə alıb, yazdığı son şeiri idi. Həm də anasına yazmışdı..Şəhid olmaq elə əvvəldən onun məqsədi və istəyi idi. Məqsədinə çatdı Emin Bağırov! Aprel döyüşlərində xüsusi təyinatlı kimi qəhrəmancasına döyüşən Emin torpaq uğrunda da canını tapşırdı. İndi valideynlərinin təsəlli yeri onun fotoları, bir də geriyə qalan xatirələrdir. Moderator.Az-a açıqlama verən şəhidin atası İmran Yaqubov oğlu ilə sonuncu telefon danışığını bu cür xatırlayır

“2016 cı il aprelin 2-də zəng etdi mənə, axşamüstü saat 5-6 radələrində. Dediki ata narahat olma, sağ salamatam, nailiyyət biz tərəfdədir. Biraz söhbət etdik, dediki ata, qardaşlarımdam muğayat olarsan. Dedim ki, niyə belə danışırsan mənimlə? Dediki dedimdə.. Mən özümə arzulayırdım şəhid olmağı, gəldi oğlum oldu. Emin özünü hazırlamışdı şəhidolmağa, mən onunla fəxr edirəm”

Eminin qardaşı Yaqub Bağırov deyir ki, vətənpərvərlik onun qanında, canında uşaqlıdan yurd-yuva salmışdı. Elə məhz buna görə də ən böyük arzusu Mübariz İbrahimov kimi şəhid olmaq idi:

“Emin uşağlıqdan ata-anamdan vətənpərvərlik dərsləri almışdı və beləliklə də o vətənpərvərlik ruhunda böyüyürdü. Mübarizi özünə kumir seçmişdi, Mübariz İbrahimovu çox sevirdi. Onun kimi gələcəkdə qəhrəman olmaq istəyirdi, hətta əsgərliyə gedəndə öz yoldaşlarına demişdiki mən onun kimi şəhid olacam. İdmanla məşğul idi, çempion idi, hər zaman bayrağımızı zirvələrə qaldırmaq istəyirdi. Şəhidlik ali hissdir, hər oğulun arzusu deyil ki, yaşının gözəl çağında bunu özünə arzulasın, Emin bunu sidq ürəkdən arzulayırdı”

Emin Bağırov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Şəhidin məzarı bu gün vətən sevgisi ilə döyünən yüzlərlə gəncin ziyarət və and yeridir.

 

 

Mənbə: moderator.az