Cəlilabadda yanğın olub

Cəlilabadda yanğın olub

 

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində, yerli sakin İbiş Muradova məxsus təsərrüfatda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 120 kvadratmetr olan talvarın yanar konstruksiyaları və altına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb edilib və yanğın söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

pia.az

 

Mənbə: pia.az