Bakının bitməyən problemi: Avtomobil dayanacaqları... - TIXAC

Bakının bitməyən problemi: Avtomobil dayanacaqları... - TIXAC

Şəhər daxilində avtomobillərin sayının çox olması ilə yanaşı, həmin avtomobillərin yol kənarında saxlanılması da tıxacların yaranmasına səbəb olur. Bəs, belə halda həm sürücünün cərimələnməməsi, həm də avtomobilin düzgün ərazidə saxlanılmasını təmin etmək üçün nə etməliyik?

Redaktor.az-a müsahibəsində millət vəkili Rüfət Quliyev bildirib ki, Bakıda avtomobillərin saxlanılması üçün ərazilər çox azdır:

“Dünya ənənəsinə baxanda görürük ki, avtomobil dayanacaqları üçün xüsusi aparatlar qurulub ki, həmin aparatlardan əldə olunan qəbzlə müəyyən olunmuş saata görə xidmət haqqı ödənilir. Hər hansı bir avtomobil dayanacaqdan kənar ərazidə saxlanılarsa, bu zaman hadisə yerində şəklini çəkib, müvafiq qaydada cərimə tətbiq edirlər.

Bakıda avtomobilin dayanacaqda saxlanılmasına nəzarət edən insanların rəsmi olaraq hansı quruma tabe olduqları belə bəlli deyil. Yəni, hansı idarəyə müraciət edib soruşsanız, heç bir qurum bu işçilərin məsuliyyətinə cavabdeh ola bilmir. Yaxşı olardı ki, bütün bu yarımçıq məsələlər barədə çarələr təklif edilsin və bu təkliflər əsasında qəbul olunan qərarlara da əməl olunsun”.

Mənbə: redaktor.az