Pandemiya zamanı əl baqajındakı ən təhlükəli əşyalar

Pandemiya zamanı əl baqajındakı ən təhlükəli əşyalar

Sərnişinin əlində olan baqajda müəyyən yoluxma riski yaradan əşyalar ola bilər.

“Daily Express” xəbər verir ki, britaniyalı mütəxəssis Martin Lindstorm hava yolu ilə səyahət edən sərnişinlərin baqajında ​böyük təhlükə yarada biləcək təhlükəli əşyaları COVID-19 infeksiyasının daşıyıcıları adlandırıb.

Onun sözlərinə görə, pasportlar sərnişinlər üçün böyük təhlükə yaradır; pasport nəzarəti ərazisi hava limanında ən yoluxucu yerdir.

Aviasiya mütəxəssisi bunu sərhəd nəzarəti ərazisindən çox sayda insanın mütəmadi keçməsi ilə əlaqələndirib.

Mütəxəssisə görə, çox sayda mikrob ehtiva edən başqa bir əşya da mobil telefondur.

“Sərhəd nəzarəti kabinəsindən çıxdıqdan dərhal sonra əllərinizi, sənədlərinizi, telefonunuzu, üstündə oturduğunuz vaxt təmasda olduğunuz bütün səthləri dezinfeksiya edin”, - deyə o əlavə edib.

Mənbə: www.oxu.az