BMT Yəməndə 98 min uşağın ölə biləcəyi barədə xəbərdarlıq edib

BMT Yəməndə 98 min uşağın ölə biləcəyi barədə xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatı Yəməndə ən azı beş yaşınadək 98.000 uşağın qeyri-sağlam qidalanma səbəbindən ölə biləcəyi barədə xəbərdarlıq edib.

REAL xəbər verir ki, Qida və Kənd Təsərrüfatı Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Dünya Qida Proqramı (WFP) tərəfindən aparılan araşdırmalara görə, Yəməndə ən az 250.000 hamilə qadının adekvat qidalanmaya ehtyacı var.

2020-ci ildə ölkə üzər qida çatışmazlığı hallarının sayında 10 faiz artım müşahidə edilib. Araşdırmalar onu da göstərir ki, beş yaşına qədər 1,4 milyon uşaq kəskinqida çatışmazlığı ilə üz-üzədir və bu halların sayı 15,5% artıb.

Birləşmiş Millətlər Təşkilatları uşaqların həyatını xilas etmək üçün təcili olaraq 50 milyon dollardan çox vəsaitə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi dünyanın ən ağır humanitar fəlakətinin baş verməsinə gətirib çıxarıb. 112 mindən çox insan müharibənin qurbanı olub. Yəməndə əhalinin 80 faizinin və ya 24 milyondan çoxunun humanitar yardıma və sosial müdafiəyəyə ehtiyacı var, o cümlədən 10 milyon insan aclıqdan əziyyət çəkir.

 

Mənbə: www.realtv.az