Meksikada pandemiya qurbanları üçün milli matəm günü elan edilib

Meksikada pandemiya qurbanları üçün milli matəm günü elan edilib

Meksika Prezidenti Andrés Manuel López Obrador pandemiyadan vəfat edənlər üçün üç günlük milli matəm elan etdiyini açıqlayıb.

REAL xəbər verir ki, Lopez Obrador 31 Oktyabr və 1-2 Noyabra kimi rəsmi matəm günləri olacağını, paytaxtın əsas meydanında dövlət bayrağının endiriləcəyi və rəsmi tədbirlərin hamısı təxirə salınacağını qeyd edib.

Məlumat üçün bildirək ki, Meksikada 2 noyabr tarixində Milli ölülər günü kimi qeyd edilir.

Meksikada COVID-19 infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı 90 minə yaxınlaşıb.

Lakin, Ölənlərin sayının artacağı istisna edilmir. Ölkədə koronavirusa yoluxanların sayı isə 895 minə çatıb.

Paytaxtda 155.000-dən çox koronavirusa yoluxma hadisə qeydə alınıb. Onlardan 11 mindən çoxu pandemiya səbəbiylə vəfat edib.

 

Mənbə: www.realtv.az