İtaliyada koronavirusa yoluxanların sayında ciddi artım hiss olunur

İtaliyada koronavirusa yoluxanların sayında ciddi artım hiss olunur

İtaliyanın səhiyyə orqanları ölkə daxilində yeni koronavirus yoluxma hadisələrinin sayında ciddi bir artım olduğunu bildirib.

''Fevral və may aylarından fərqli olaraq koronavirusun İtaliyadakı yayılma coğrafiyası genişlənib''- deyə, Səhiyyə Nazirliyinin Xəstəliklərə nəzarət və proflaktik departamentinin Baş direktoru Ciovanni Rezza bildirib.

REAL xəbər verir ki, İtaliyada son 24 saat ərzində 22.000 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Virusdan ölənlərin sayı 221-ə çatıb ki, bu da maydan bəri ən yüksək göstəricidir.

Eyni zamanda, İtalyan Milli Sağlamlıq İnstitutunun prezidenti Silvio Brusaferro yeni COVID-19 məhdudiyyətlərinin tətbiq edilməsinin vacib olduğunu bildirib.

O xəstəxanalarda yer çatışmazlığı olmuyacağı barədə xəbardarlıq edib.

Məlumat üçün bildirək ki, hökümətin COVID-19-un ikinci dalğasının qarşısını almaq üçün yeni tədbirləri elan etməsindən sonra İtaliyanın 15-dən çox şəhərində güclü etirazlar başlayıb.

İtalya liderləri tənqidlərin qarşısını çətinliklərlə üzləşən bizneslər üçün iqtisadi yardım paketi ilə almağa çalışır.

 

Mənbə: www.realtv.az