"İlham Əliyev həm də Yaradanın ona lütf ediyi fərdi genetik kodun daşıyıcısıdır"

"İlham Əliyev həm də Yaradanın ona lütf ediyi fərdi genetik kodun daşıyıcısıdır"

Bunu VƏTƏNSEVƏRLƏRƏ xatırlatmağı özümə mənəvi borc bildim:

İlham Əliyev XXI əsrin HEYDƏR ƏLİYEVİDİR.

Dahilik, ucalıq, yenilməzlik,məğrurluq, uzaqgörənlik, əlçatmazlıq və sərkərdəlik yalnız genetik kodun saxlanılması və irsiyyətə verilməsinin elmdə qəbul olunan yeganə və mütləq qanunauyğunluğudur.

ALLAH bütün dünya müsəlmanlarının dündəlik qarşısında ona diz çöküb, yalvarıb, dua etməsi naminə Azərbaycanımızı və məğrur Sərkərdəmizi qorusun. Onun varlığı Azərbaycanın movcudluğu, əbədiyyəti, müstəqilliyi və yenilməzliyinin yeganə qarantıdır, Azərbaycanın keçmişi, bu günü və gələcəyidir.

Mən bu sözləri təsadüfən yazmıram. Bu elmə istinaddlr. İlham Əliyev tək Ulu Öndərin deyil, onunla bərabər böyük alim və dövlət xadimi, professor Əziz Əliyevin, onun varis və əzizlərinin genetik yadigarıdır. Bununla belə, İlham Əliyev həm də Yaradanın ona lütf ediyi fərdi genetik kodun daşıyıcısıdır. Deməli O, Yaradanın, Azərbaycanın qurtuluşu naminə sevə-sevə yaradıb, xəlq etdiyi uca, yenilməz, əlcatmaz və müqəddəs bir varlıqdır.

Müqəddəsdir ona görə ki, Bizə tək itirdiyimiz torpaqlarımızı deyil, yox edilmiş mənəviyyatımızı, məhv edilmiş mənliyimizi, sındırılmış qürurumuz və fərq kimi heçə endirilmiş şəxsiyyətimizi qaytarır.

Allah dualarımıza sahib çıxsın və onu qorusun. Qorusun ki, Azərbaycan sahibsiz qalmasın, Vətənimiz bir də işğal olmasın, qız-gəlinlərimiz bir də əsir düşməsin , şəxsiyyətimiz və mənəviyyatımız bir də sındırılmasın, qorusun ki, Azad olunan vətən torpaqlarının sevincli günlərini onunla birlikdə yaşayaq....

Ulu Tanrı sən ucalığın, aliliyin, böyüklüyün, müqəddəsliyin və sevə-sevə xəlq etdiyin Ali Varlıq- peyğənbərlərimizin sonuncusu olan Məhəmməd Peyğənbərimizizin xatirinə Bizim istəklərimizi Bizə nəsib et.

AMİN, min AMİN!...

Musa Qəniyev, ADTU-nun professoru

 

 

Mənbə: moderator.az