Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycana dəvət edildi

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycana dəvət edildi

Azərbaycan Human Rights Watch, Amnesty İnternational kimi beynəlxalq təşkilatlara müraciət edilib. Bunu da bu gün, oktyabrın 27-də prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Bərdə və Tərtər şəhərlərini "Smerç” raketindən atəşə tutuması ilə bağlı məlumatı şərh edərkən bildirib.

Prezidentin köməkçisinin qeyd etməsinə görə, həmin təşkilatlara müraciət edilib ki, onların nümayəndələri gəlsinlər, obyektiv şəkildə Ermənistanın bu cinayət əməllərini, xüsusilə də mülki insanlara qarşı ballistik raketlərdən və kasset bombalardan istifadə edilməsi hallarını yerindəcə araşdırıb, hesabatlar hazırlayaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsınlar.

Mənbə: criminal.az