“Döyüş başlayan kimi əsgərlər bizi köməksiz qoyub, ərazini tərk etdilər...” -Erməni qadın...

“Döyüş başlayan kimi əsgərlər bizi köməksiz qoyub, ərazini tərk etdilər...” -Erməni qadın...

Xəbər verdiyimiz kimi ordumuz qarşısında tab gətirə bilməyən ermənilər geri çəkilməyə davam edirlər. Onlar xislətlərinə uyğun olaraq qadınlarını qoyaraq ərazilərimizdən qaçğama başlayıblar.

Moderator.az xəbər verir ki, düşmən tərəfindən tərk edilən 85 yaşlı iki erməni qadını əsgərlərimiz aşkar edərək Bakıya göndəriblər. Xəstəxanada müalicə olunan yaşlı qadınlar onlara göstərilən diqqətə görə dövlətimizə və əsgərlərimizə təşəkkür ediblər.

Haqqında danışılan iki erməni qadın Babayan Yevgeniya Pavlovna və Melkumyan Mişa Merlandoviçdir. B.Y.Pavlovna başına gələnlərlə bağlı hətta açıqlama verib və onları köməksiz vəziyyətdə tapan Azərbaycan əsgərlərinə təşəkkür edib. Hadrut qəsəbəsində yaşayan erməni qadın müharibə başlayan kimi ermənilərin onları tərk etdiyini bildirib:

“Müharibə başlayan kimi erməni əsgərləri bizi orda qoyaraq ərazini tərk etdi. Əraziyə gələn Azərbaycan əsgərləri bizi xilas etdi və Bakıya gətirdilər. İndi Bakıda xəstəxanada müalicə olunuruq. Burda bizə çox yaxşı baxırlar. Hər iki xalqın Qarabağda sülh içində yaşayacaqlarına inanıram”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az