Soyuq havanın koronavirus təhlükəsi - VİDEO

Soyuq havanın koronavirus təhlükəsi - VİDEO

Ölkəmizdə son günlər koronavirusa yoluxanların sayının artması davam edir.

Belə ki, ötən pandemiya dönəmində, yəni koronavirusun birinci dalğasında ən çox yoluxma sayı 500 dən çox idisə,indi bu say 800-ü keçib. Payız mövsümündə koronavirusun daha da təhlükəli olduğunu bildirən mütəxəsislər bu vəziyyətin gözlənilən olduğunu bildirir.

Koronavirusun kəskin yayılması ilə vətəndaşlarımızda evdə müalicənin qaydaları haqqında suallar yaranır. Səhiyyə nazirinin rəsmisi Pərviz Abubəkirov bu kimi hallarda Səhiyə nazirliyinin nəzdində fəailiyyət göstərən polinikalara müraciət edilməsini bildirir.

Xüsusi ilə qeyd edək ki, koronavirusa yoluxmuş insanlar, bu xəstəliyi simtompsuz keçirdiyi halda belə yaşayış yerini 14 gün ərzində tərk etməməlidir. Buna sahə həkimi ilə yanaşı polis bölmələri və icra strukturları da nəzarət edir. Unutmayaq ki, koronavirusun yayılmasının qarşısını almaq, əsgərimizi, özümüzü, doğmalarımızı və ətrafımızı qorumaq hər birimizin borcudur.

Mənbə: www.realtv.az