"Virusa yoluxma mənbəyi və şəraiti qalır"-AÇIQLAMA

"Virusa yoluxma mənbəyi və şəraiti qalır"-AÇIQLAMA

Xəbər verdiyimiz kimi ötən gün koronavirusa yoluxanların sayı ölkə üzrə 988 nəfər, yeni sağalanların sayı 340 nəfər təşkil edib.

Artıq neçə gündür xəstəliyin artan dinamikanın sonu və qrip mövsümünün başlanması gedişatda nələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla danışıb:

"Ən böyük problem ondan ibarətdir ki, ictimai nəqliyyatda qayda- qanun yaratmaq mümkün olmadı. Neçə müddət buna çalışılsa da, nail olunmadı. Bir tərəfdən karantin davranışından danışırıq, digər tərəfən ictimai nəqliyyatda sosial məsafə gözləmədən insanlar sıx vəziyyətdə gedir.

Hansı karantindən söhbət gedə bilər?

İctimai nəqliyyatdan yetərincə insanlar istifadə edir. Belə olan halda biz necə mübarizə apara bilərik? Yoluxma mənbəyi və şəraiti qalır".

Şəlalə Babayeva
Sonxeber.az

Mənbə: sonxeber.az