SN: Koronvairus dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib

Son yüzilliyin ən geniş yayılmış pandemiyalarından biri özünün hələ tam öyrənilməyən virusoloji, epidemioloji, immunoloji, kliniki, patogenetik və digər aspektləri sayəsində dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib".

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev deyib.

O bildirib ki, ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri əsasən “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” qanunun tələbləri nəzərə alınmaqla, ölkə rəhbərliyinin çox ciddi və əhəmiyyətli tapşırıqlarının icrası və Azərbaycan hökuməti tərəfindən məqsədyönlü təşkili, Mərkəzi icra hakimiyyəti orqanlarının və onların yerli qurumlarının, yerli icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyəti şəraitində həyata keçirilir: "Hazırda ölkəmizdə COVID-19 infeksiyası ilə əlaqədar epidemik prosesin idarə olunması müasir üsulların tətbiqi və kompleks əksepidemik tədbirlərin təşkili vasitəsi ilə həyata keçirilir. Belə ki, xəstəlik hadisələrinin ilkin qeydiyyata alınması, onlar barədə bütün idarəetmə səviyyələrində məlumatların ötürülməsi, məlumatların toplanması ÜST-ün tövsiyələrinə tam uyğun olan elektron sistem vasitəsi ilə həyata keçirilməsi təmin olunub”.

V.Abdullayev qeyd edib ki, COVID-19 virusunun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına yönəldilmiş əksepidemik tədbirlərin operativ və məqsədyönlü şəkildə həyata keçirilməsində Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidmətinin əhəmiyyətli rolunu xüsusi qeyd etmək lazımdır: “Hər bir “pozitiv” nəticəli şəxs barədə məlumat alındığı andan etibarən ölkənin hər şəhər və bölgəsində fəaliyyət göstərən Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən dərhal epidemioloji təhqiqatın aparılmasına və əksepidemik tədbirlərin təşkilinə başlanılır. Əsas məqsəd epidemik prosesin inkişafını dayandırmaq üçün xəstəliyin yoluxma mənbəyinin müəyyənləşdirilməsi və lokallaşdırılması, digər şəxslərin yoluxmasının qarşısını almaq üçün xəstənin təcili təcrid olunması, xəstə ilə təmasda olmuş şəxslərin karantin nəzarətinə götürülməsi və karantin nəzarətində qalmaları üzərində nəzarətin təmin olunmasından ibarətdir.

Xəstəlik ocaqlarında və insanı əhatə edən mühitdə virusların məhv edilməsi məqsədilə effektiv dezinfeksiya tədbirlərinin vaxtında həyata keçirilməsi də çox vacib əhəmiyyət kəsb edir. Bu sahəyə də Səhiyyə Nazirliyinin xüsusi diqqəti sayəsində lazımi avadanlıq və vasitələr, habelə kifayət qədər işçi potensialı ilə təmin edilən dezinfeksiya xidməti tərəfindən mütəmadi həyata keçirilən bu tədbirlər haqqında da söhbət aparılıb”.

Mərkəzin baş direktor müavini bildirib ki, müalicə-profilaktika və təhsil müəssisələrində, xidmət, ictimai-iaşə, mehmanxana və turizm xidməti obyektlərində infeksiyanın yayılmasının qarşısının alınması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Turizm Nazirliyi, yerli icra hakimiyyətləri, Daxili İşlər, Fövqəladə Hallar, Müdafiə, Ədliyyə nazirliklərinin tibb xidmətləri ilə birlikdə həyata keçirilən tədbirlər mühüm rol oynayır.

O vurğulayıb ki, hər bir fəaliyyətin qanuni əsaslarını müəyyənləşdirən normativ hüquqi aktların mövcudluğu olduqca vacibdir.

“Karantin rejimi dövründə inzibati xətalar üzrə səlahiyyətlərinin artırılması, sanitariya-epidemioloji və karantin qaydalarına nəzarət üzrə çoxsaylı sənədlərin təsdiq olunması da mühüm əhəmiyyət kəsb edir”,-deyə o əlavə edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Daha heç vaxt Zəngilanın işğal tarixi qeyd olunmayacaq“ - Qulu Məhərərmli

SONRAKI XƏBƏR

Atatürkün NADİR FOTOLARI