""McDonald"s Bakıda belə boykot edildi: Polisə müraciət, cəmi iki müştəri və... - REPORTAJ

""McDonald"s Bakıda belə boykot edildi: Polisə müraciət, cəmi iki müştəri və... - REPORTAJ

Azərbaycanda fəaliyyət göstərən "McDonald"s Qarabağla bağlı sosial şəbəkə hesablarından paylaşdığı postları silməsi ilə sosial şəbəkədə ciddi etirazlara tuş gəlib.

Qeyd edək ki, şirkət paylaşımların silinməsinə ""McDonald"s Azərbaycan"ın yalnız insanları qida ilə təmin etməyi hədəflənəsidir” şəklində aydınlıq gətirib. Sözügedən məsələ ilə bağlı ""McDonald"s Azərbaycan"ın ölkə ərazisində boykot edilməsi ilə bağlı çağırışlar edilib. Bu çağırışın nə dərəcədə effektiv olduğunu müşahidə etmək üçün Nizami küçəsində (Tarqovi) yerləşən ""McDonald"s Azərbaycan"a baş çəkdik.

Müşahidələrimiz boykot çağırışına böyük çoxluğun əməl etdiyini göstərdi. Orada olduğumuz müddətdə (saat: 14:21) ""McDonald"s Azərbaycan"da cəmi 2 müştəri var idi. Məsələdən xəbərdar olanlar ümumiyyətlə, ""McDonald"s Azərbaycan"a girmirdi. Məsələdən xəbərsiz olanlar isə ""McDonald"s Azərbaycan"a yaxınlaşmaq istəyəndə, ətrafdakı insanlar onları xəbərdar edirdi.

A.A adlı şəxs isə öz təşəbbüsü ilə ""McDonald"s Azərbaycan"ın qarşısında dayanıb söhbətdən xəbəri olmayanları məlumatlandırırdı. A.A ilə söhbətləşdik. Həmsöhbətimiz burada səhər saatlarından öz təşəbbüsü ilə dayandığını, ""McDonald"s Azərbaycan"ın hansı səbəblə boykot olunduğunu insanlara çatdırdığını dedi. Həmsöhbətimiz onu da bildirdi ki, ""McDonald"s Azərbaycan"ın əməkdaşları ounla bağlı polisə şikayət etsə də, onun fəaliyyətində qanunsuzluq olmadığı üçün heç bir məhdudiyyət qoyulmayıb.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info