İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir - FOTO

İctimai Nəzarət qrupları paytaxt və regionlarda fəaliyyətinə davam edir - FOTO

AzərbaycanRespublikasının Gənclər Fondunin maliyyə dəstəyi və AzərbaycanRespublikası Gənclər TəşkilatlarıMilli Şurasının təşkilatçılığı ilə "Gənclər təşkilatlarından ibarət ictimainəzarət qruplarının vətənpərvərlikistiqamətində fəaliyyəti” layihəsi həyata keçirilir.

İctimai Nəzarət Qruplarında fəaliyyətgöstərən gənclər təşkilatları nümayəndələri Bakı şəhəri və 15 rayonda fəaliyyətgöstərərək insanlar arasında maarifləndirmə işləri aparırlar. Qeyd edəkki, İctimai Nəzarət qrupları AzərbaycanRespublikasının Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədəçağırışına dəstək olaraq yaradılmışdır.

Mərhələli şəkildə fəaliyyətgöstərən İctimai nəzarət qruplarının fəaliyyətində pandemiya ilə əlaqədar təyinedilmiş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətindəişlərin aparılması nəzərdə tutulsa da hazırki vəziyyətlə əlaqədar olaraqfəaliyyət istiqamətində müvafiq dəyişikliklər edilmişdir.

Son günlər Ermənistanınölkəmizə qarşı cəbhədə törətdiyi təxribatlar, mülki insanların hədəf alınmasıvə qismən səfərbərliyin elan olunduğu buvaxtda ən böyük çətinlik cəmiyyət arasında dezinformasiyanın yayılmasıdır.Bununla yanaşı cəbhədən ordumuzun aparığı əməliyyətlarla bağlı videolarınyayılması və bunun yaratığı təhlükələr olduqca aktualdır.

Busəbəblə də, İctimai Nəzarət qrupları cəmiyyət arasında təkcə koronavirusdanqorunma üsulları deyil, eyni zamanda vətənpərvərlik, dezinformasiyanın vədüşmən təxribatlarının yayılmasının qarşısının alınması, hərbi sirlərinyayılmasının ordumuz üçün törədə biləcəyi təhlükələr barəsində də maarifləndirmətədbirləri həyata keçirirlər.

Qeydedək ki, İctimai Nəzarət qrupları tərəfindən insanlar arasında ruhyüksəkliyinin daha da artırılması məqsədilə Azərbaycan Respublikasının rəsmiatributu olan dövlət bayraqları təqdim olunur.

İctimaiNəzarət qrupları müvafiq rayonlar üzrə fəaliyyət göstərməkdə davam edəcək.

 

Regionlardafəaliyyət göstərən təşkilatlar:

 

Avropa Gənclər Parlamenti Azərbaycan(EYP) - Bakı

Azərbaycan Demokratik Tələbə GənclərTəşkilatı İB - Bakı

Azərbaycan-Slavyan GəncləriAssosiasiyası – Mingəçevir

Azəri Gənclər Alyansi İB - Bakı

Beyləqan Gənclərinin Maarifləndirilməsivə Sosial İnkişafı İB – Beyləqan

Biləsuvar Yeniyetmə və Gəncləri İB– Biləsuvar

Əlilliyi Olan Uşaq və Gənclərinİdmana İnteqrasiyasi İB - Bakı

Gələcəyə Körpü GİB – Gəncə

Gənc Vətənpərvərlər İctimaiBirliyi - Bakı

Gənclərin Həmrəyliyi İB – Sumqayıt

Gənclərin İnkişaf və Tərəqqisinə DəstəkİB - Hacıqabul

Gənclərin Maarifləndirilməsinə Dəstək– Mingəçevir

Gənclərin Sosial İnkişafına DəstəkİB - Astara

Gənclərin Töhfəsi İctimai Birliyi- Bakı

Gəncliyə Dəstək İctimai Birliyi- Zərdab

Göyçay İnkişaf Mərkəzi Gənclər İB- Göyçay

İrəli İctimai Birliyi- Bakı

İsmayıllı İntellektual OyunlarKlubu İctimai Birliyi - İsmayıllı

İşıqlı Gələcək Gənclər İctimaiBirliyi – Mingəçevir

Qazax gəncləri - Qazax

Maarifpərvərlik Azərbaycan Gənclərininİctimai Yardım Assosiasiyası İB – Lənkəran

Odlar Yurdu Gənclər İB – Gəncə

Şəmkir gəncləri – Şəmkir

Tovuz gəncləri - Tovuz

Türkiyə Universitetləri Məzunlarıİ.B - Bakı

Vətəndaş Cəmiyyətində Debatİctimai Birliyi - Bakı

Yeni Yazarlar və Sənətçilər İB -Bakı

Mənbə: aktual.az