“Əgər karantin rejiminin sərtləşdirilməsini istəmiriksə...” - TƏBİB-dən AÇIQLAMA

“Əgər karantin rejiminin sərtləşdirilməsini istəmiriksə...” -  TƏBİB-dən AÇIQLAMA

“Əgər karantin rejiminin sərtləşdirilməsini istəmiriksə, qaydalara əməl etməliyik”.

Bunu Modern.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov COVID-19-a yoluxma sayındakı artımla bağlı danışarkən bildirib.

A.Qurbanov qeyd edib ki, bunun üçün hər kəs sadə qaydalara əməl etməlidir:

“Əgər hamı özünü qorusa, qaydalara riayət etsə, yoluxma sayı da azalar. Amma hazırda Avropa ölkələrinin çoxu sərt karantin rejiminə yenidən qayıdıb. Biz elə etməliyik ki, bu məsələ gündəmə gəlməsin. İstəyiriksə ki, karantin sərtləşdirilməsin, gündəlik həyatımızı yaşayaq, hər birimiz qaydalara əməl etməliyik. Əks təqdirdə, yoluxmadakı artımlar karantinin sərtləşdirilməsilə nəticələnə bilər”.

 

 

Mənbə: moderator.az