Erməni xəstəliyi, erməni terroru...

Erməni xəstəliyi, erməni terroru...

Terror sözünün izahına əlavə ehtiyac yoxdur. Sözün özündə doğurduğu vəhşət çox məqamları ehtiva edir. Terror qısacası qeyri-qanuni güc, hədə-qorxu, bir sözlə qayda-qanuna qarşı, dünyəvi humanitar hüquqa daban-dabana zidd olan əməldir.

Terrorizmin tarixi çox qədimlərə getsə də, ancaq ictimai həyatı qaranlığa qərq etməsi, cəmiyyətləri yasa boğması, dinc əhalini qanına qəltan etməsi XIX əsrin ikinci yarısından meydana gəlmişdir. Zaman - zaman bütün dünya, eləcə də demokratik ölkələr dəhşətli terror aktlarının qurbanına çevrilmişlər. Dünya terrora qarşı mübarizə aparsa da, ancaq acı təəssüflər olsun ki, bu bəlanın kökün kəsmək olmamışdır. Və terrora münbit şərait yarandıqca şeytani əməllərini həyata keçirən "qara" qüvvələr öz "işlərini" reallığa çevirirlər.

Yuxarıda qeyd etdiyim kimi XIX əsrin ikinci yarısından meydana gələn terror təşkilatlarının içərisində bəşəriyyət üçün ən qorxulusu ermənilərdən və erməni əsilli digər ölkə vətəndaşlarından ibarət terror təşkilatlarıdır. Çünki bu təşkilatlara erməni siyasi və dini qüvvələri bilavasitə himayədarlıq edir. Bu təşkilatlar içərisində: "Armenakan", "Hnçak", "Daşnaksütyun", "Erməni gizli azadlıq ordusu", "Geqaron", "Orli", "Erməni birliyi", "Demokratik Cəbhə", "Opostol" kimi terrorçu qrupları hələ də öz qanlı əməllərilə dünyanı qan çanağına döndərməkdədirlər. Erməni terror qrupları içərisində ən dəhşət saçanı isə "Asala" hesab edilir. Hətta bəzi faşist şüurlu erməni gəncləri də bu terror təşkilatının adını daşıyan geyimləri də öz üzərlərində gəzdirməkdən çəkinmirlər.

Ermənistan istər 1918-ci ildə, istərsə də 1991-ci ildə müstəqillik qazanarkən yuxarıda sadaladığım terror qruplarının qol-qanadı daha geniş açılmışdır. Dövlət özünün müstəqil terror siyasəti ilə hər zaman terrorizmə açıq dəstək vermişdir. Hətta Ermənistan xaricdə formalaşdırdığı yaraqlı dəstələrin və muzdluların da xidmət haqqını xaricdəki erməni diasporları tərəfindən qarşılayır. Artıq əsrlərdir ki, ermənilər siyasi, ideoloji, dini, iqtisadi, mədəni terror fəaliyyəti ilə Azərbaycan xalqına qarşı dözülməz əzablar, zülmlər verməkdə davam edirlər. Məlum olduğu kimi, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüquq normaları növbəti dəfə kobud şəkildə pozularaq mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və sosial obyektlər ağır artilleriya qurğularından, aviasiyadan və xüsusi raket sistemlərindən istifadə edilməklə intensiv şəkildə atəşə tutulmuşdur. Bunun nəticəsi olaraq Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi uğrunda haqq savaşı və hələ də davam etməkdədir. Bu döyüşlər də Qarabağ ərazisində gedir. Həmin ərazilər düşməndən hissə-hissə təmizlənməsinə baxmayaraq, düşmən yenə də öz çirkin əməllərinə, terror niyyətlərinə sadiq qalaraq müharibədən uzaq Gəncə, Ağcabədi, Mingəçevir, Tərtər, Bərdə şəhərinə istifadəsi icazə verilməyən silahdan (smerç yaylım atəşli reaktiv sistem) istifadə edərək dinc əhalini vəhşicəsinə hədəfə alır. Tezliklə bu qətliamları törədən və beynəlxalq hüququ ayaqlar altına alan düşmənin özünü dünya ayaqlar altında əzəcək, necə ki, hazırda müzəffər Azərbaycan ordusu Qarabağda döyüş meydanında düşməni sözün əsl mənasında diz çökdürür.

Bərdə faciəsinin sözsüz ki, qisası yağı düşməndən layiqincə alınacaq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək."

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

 

 

Mənbə: moderator.az