Bədən dili eksperti: Əliyev özünə əmindir, Paşinyan panikadadır

Bədən dili eksperti: Əliyev özünə əmindir, Paşinyan panikadadır

The Leadership Council şirkətinin təsisçisi, bədən dili üzrə ekspert Martin Nyuman Azərbaycan və Ermənistan liderlərinin bədən dilini analiz edib. Ekspert qeyd edib ki, çıxışları izləyincə İlham Əliyev özünə əmin, təmkinli, Paşinyan isə inamsız təbliğatçı təsiri bağışlayır.

Bizimyol.info xatırladır ki, Nyuman dünyanın siyasi liderlərinin, nüfuzlu biznesmenlərinin jestlərini, hərəkət motorikalarını, danışıq tərzlərini analiz edərək, liderlik xüsusiyyətlərinə dair müntəzəm araşdırmalar təqdim edir.

 

Nikol Paşinyan

Bir neçə gün öncə Euronews Global Weekend kanalında Nyuman Əliyevlə Paşinyanın bədən dilini analiz edib. Belə ki, təqdim edilən süjetdə hərbi geyimdə olan Paşinyan əsgərlər arasında ucadan alovlu- alovlu nəsə danışır, barmaqlarını silkələyir, təhdid edir. İlham Əliyev isə çox sakit danışır, sözlərini ölçüb-biçir. Onun obrazı özündən və işindən əmin idarəçi obrazı idi",- deyə Nyuan Eurerorter nəşrinə bildirib.

O qeyd edib ki, iki lider arasında kəskin kontrast var.

Paşinyan təbliğatçı jurnalistdir, o yalnız əlində mikrofon olanda xoşbəxt olur. İlham Əliyev isə böyük siyasətçidir, beynəlxalq diplomatiyada təcrübəyə malikdir. Onların hər ikisinin dünyanın müxtəlif nüfuzlu telekanallara verdikləri müsahibələrə baxınca İlham Əliyevin sərbəst ingilis dilində rahatlığı, Paşinyanın erməni dilində belə həyəcanlı olması mənim təəəssüratlarımı təsdiqlədi.

Jurnalistlərin çətin sualları onları sıxışdıranda Paşinyan dərhal səsini qaldırır, əl qol hərkətləri, qaş mimikası çoxalır. Bunun əksinə, İlham Əliyev əminliyini itirmədən istənilən suala kəsərli cavab verir. O həmçinin qeyd edib ki, Paşinyan ingilis dilini bilsə də, özünə əmin olmadığı üçün müsahibələrini erməni dilində verir.

 

Mənbə: www.bizimyol.info