Dünyanın ən uzun insanı koronavirus xəstəliyinə yoluxdu

Dünyanın ən uzun insanı koronavirus xəstəliyinə yoluxdu

Türkiyənin Mardin vilayətində yaşayan 2 metr 51 santimetr boyu ilə “Ginnesin Rekordlar Kitabı”na girən Sultan Kösən koronavirus xəstəliyinə tutulub.

Yüksək qızdırma və baş ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edən Kösənə edilən koronavirus testi müsbət çıxıb. Kösenin Qızıltəpə Dövlət Xəstəxanasının reanimasiya şövbəsində müalicə aldığı bildirilib.

Qeyd edək ki, Sultan Kösən Ginnesin Rekordlar Kitabındakı “dünyanın ən uzun adamı” adını 2009-cu ildən bu yana əlində saxlayır.

Kamran

Mənbə: moderator.az