Türkiyədə kiloqramı min lirə olan – BAL SATIŞA ÇIXARILDI

Türkiyədə kiloqramı min lirə olan – BAL SATIŞA ÇIXARILDI

Türkiyənin Rizə vilayətinin İkizdere mahalında 2300-3000 metr yüksəklikdə Anzer Yaylasında istehsal olunan və bir çox xəstəliklərin müalicəsində istifadə edilən Anzer balı, Hacettepe Universitetində aparılan analizlərdən sonra satışa çıxarılıb.

Cins qoyun rekord qiymətə satılıb – 368 MİN FUNT STERLİNQ

FED.az xəbər verir ki, Anzer Ballıköy Əkinçilik İnkişaf Kooperativinin sədri Osman Civelek, analizləri müsbət olan Anzer balının 2 ton olduğunu və bu balların etiketlib-möhürlənib satışa təqdim edildiyini söylədi.

Türkiyədən Azərbaycana yeni qoyun növlərinin idxalına başlanılıb

Civelekin sözlərinə görə, dünyaca məşhur Anzer balının məhsuldarlığı bu il istehsalçıların gözləntilərini doğrultacaq səviyyədədir. Bu vəziyyətin əlverişli hava şəraitindən asılı olduğunu deyən Civelek, yığımdan sonra analiz üçün Hacettepe Universitetinə 2 ton 400 kiloqram bal göndərdiklərini bildirdi.

Türkiyə fransız mallarının - Boykotuna Başlayır

Analiz edilən 2 ton balın Anzer balı meyarlarına uyğun olaraq onlara çatdırıldığını qeyd edən Civelek deyib ki: «Pandemiya prosesi zamanı bala olan tələb artdı. Anzer balı epidemiya dövründə satışlarda rekord qırdı. Çox yaxşı satış etdik. Sifarişlərimiz çoxdur, tələbi qarşılamaq üçün işləyəcəyik».

Artıq sifarişlər üçün 800 kiloqram bal çatdırılıb.

Anzer balının kiloqram qiymətinin pandemiya səbəbindən artmadığına diqqət çəkən Civelek, keçən ilki qiymətlərin bu il də keçərli olduğunu söylədi. Anzer balının qiyməti 1 kiloqram bal üçün 1000 lirə, yarım kiloqram üçün 500 lirə nəzərdə tutulub.

Civelek, balın keyfiyyəti və qiyməti nəzərə alındıqda, vətəndaşların aldadılmaması üçün əllərindən gələni etdiyini bildirərək vətəndaşlara yalnız etiketli və və möhürlənmiş bal almağı tövsiyə edib.

Mənbə: fed.az