Formula-1"də daha 9 nəfərdə koronavirus aşkarlanıb

Formula-1"də daha 9 nəfərdə koronavirus aşkarlanıb

Formula-1" iştirakçıları və işçiləri növbəti dəfə yeni növ koronavirus (COVİD-19) testindən keçiriliblər.

101.az-ın verdiyi məlumata görə, testlərin nəticələrinə əsasən daha 9 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxan şəxlərin adları və vəzifələri barədə məlumat verilmir.

Bildirilir ki, koronavirus testləri oktyabrın 23-dən 29-dək keçirilib. Testlərdən 4 281 nəfər keçib.

Qeyd edək ki, "Formula-1"in növbəti mərhələsi oktyabrın 31-dən noyabrın 1-dək İtlaiyanın İmola şəhərində keçiriləcək.

101.az

 

Mənbə: 101.az