Makrona bir zərbə də Həbibdən gəldi: “Mənə inan…”

 

Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov müsəlmanları təhqir edən Fransa Prezidenti Emmanuel Makrona reaksiya verib.

Teleqraf.com xəbər verir ki, o, Fransa liderinin təhqiramiz ifadələrini “təxribat” adlandırıb.

Həbib Makronun söz azadlığı adı altında 1.5 milyardan çox müsəlmanı incitdiyini bildirib.

O, müsəlmanların Məhəmməd peyğəmbəri hər kəsdən çox sevdiyini deyib:

“Biz müsəlmanıq, Peyğəmbərimiz Məhəmmədi analarımızdan, atalarımızdan, uşaqlarımızdan, həyat yoldaşlarımızdan və ürəyimizə yaxın olan bütün insanlardan daha çox sevirik. Mənə inanın, bu təxribatlar baş tutmayacaq”.

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Ermənilər 22 günlük körpəni anasız qoydu

SONRAKI XƏBƏR

Günün qoroskopu: nikbin olun, qüvvənizə güvənin