Britaniyada dünyada ilk dəfə kirpi parkı açıldı

Britaniyada dünyada ilk dəfə kirpi parkı açıldı

Böyük Britaniyadakı kurortlardan birində kirpilərin dünyada ilk parkı istifadəyə verilib.
Bu barədə “Report” “Lonely Planet”ə istinadən xəbər verir.
Tarixdə məhz Böyük Britaniyada bu heyvanlar ilk dəfə nəsli kəsilən növlər siyahısına əlavə edilib. Alimlərin hesablamalarına görə, onların sayı 98 faiz azalıb.
İlin bu mövsümündə kirpilər yuxuya gedir və vəhşi heyvanlar, hətta insanlar üçün asan ova çevrilirlər. Parkın məqsədi bu heyvanlar üçün təhlükəsiz və rahat evciklər yaratmaqdır.

Mənbə: teref.az