Səfirlik: Türkiyədəki zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Səfirlik: Türkiyədəki zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur

Egey bölgəsində baş vermiş zəlzələ nəticəsində İzmirdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

SİA Azərbaycanın Türkiyədəki Səfirliyinə istinadən xəbər verir ki, diplomatik nümayəndəliyimizdə yaradılan “Qaynar xətt” fasiləsiz olaraq fəaliyyət göstərməkdədir. Bundan başqa, diplomatlarımız mütəmadi olaraq İzmirdəki vətəndaşlarımız və yerli hakimiyyət orqanlarının təmsilçiləri ilə təmasdadırlar.

Mənbə: sia.az