120 yaşlı qadın COVID-19-dan sağaldı

120 yaşlı qadın COVID-19-dan sağaldı

Türkiyə vətəndaşı Menika Enku iki həftə ərzində xəstəxanada koronavirusdan sağalıb.

KONKRET.az xəbər verir ki, həkimlər ona xüsusilə diqqətlə yanaşıblar, çünki xəstənin 120 yaşı var. Bu barədə Daily Star yazır.

Koronavirus testi müsbət nəticə verdikdən sonra qadın xəstəxanaya yerləşdirilib. Sonra pəhrizlə müalicə edilib və standart dərmanlar verilib.

14 gündən sonra həkimlər xəstədə müsbət bir tendensiya görüblər və yaşlı qadını evə buraxmağı qərara alıblar. Onu gözləyən 12 övladı və yüz nəvəsi var.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az