Britaniyada karantin rejimi yenidən tətbiq olunur?

Britaniyada karantin rejimi yenidən tətbiq olunur?

Böyük Britaniyada yenidən sərtləşdirilmiş karantin rejimi tətbiq oluna bilər.

KONKRET.az xəbər verir ki, Baş nazir Boris Conson bu gün mətbuat konfransında çıxış edəcək.

Daha sonra ölkənin baş həkimi Kris Vitti və hökumətin baş elmi müşaviri Ser Patrik Vallans virusla bağlı açıqlamalar verəcəklər.

Baş Nazir çıxışı zamanı qəbul edilən yeni qərarları açıqlayacaq. Qəbul edilən qərarlar arasında ölkədə yenidən 1 aylıq karantin rejiminin tətbiq olunması əsas müzakirə mövzusudur.

Karantin rejiminin sərtləşdirilməsində əsas məqsəd artan yoluxma və ölümlərin qarşısını almaqdır.

Qeyd edək ki, Böyük Britaniyada 989 min 745 nəfər virusa yoluxub 46 min 229 nəfər isə həyatını itirib.

Mənbə: konkret.az