Koronavirus xəstələri ətraf üçün nə vaxta qədər təhlükəlidir? - İmmunoloq AÇIQLADI

Koronavirus xəstələri ətraf üçün nə vaxta qədər təhlükəlidir? - İmmunoloq AÇIQLADI

Simptomların başlamasından beş gün əvvəl infeksiyanın izlənməsi demək olar ki, mümkün deyil.

Publika.az kp.ru-ya istinadən xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov deyib.

Mütəxəssis bildirib ki, xəstə nadir hallarda ilk simptomlardan bir həftə əvvəl yoluxucu ola bilər.

Jemçuqov simptomlar başladıqdan sonra koronavirusa yoluxdurma dərəcəsinin həm müalicədən, həm də xəstəliyin formasından asılı olduğuna inandığını bildirib: “Bütün inkubasiya dövründə olan xəstələrlə təmasda olan hər kəsə ən azı 14 gün maska taxmağı məsləhət görərdim. İkincisi, xəstənin bütün inkubasiya dövründə iki və ya bəlkə də üç həftə daha çox yoluxucu ola biləcəyini unutmayın”.

 

Mənbə: publika.az