Vətən müharibəsində yaralanan hərbçilərimizə tibbi yardım göstərmək üçün Türkiyədən Azərbaycana gələn soydaşımız, plastik estetik cərrahı doktor Vüqar Ələkbərov hərbi əməliyyatlar zamanı yaralanan İlkin və Elmin Şəbizadə qardaşları ilə bağlı xəstəxanadan paylaşım edib.
Cebhe.info xəbər verir ki, həkim paylaşımında bu sözləri qeyd edib:
"İlkin və Elmin doğma qardaşdırlar. Anasız və atasız böyüyüblər. Birlikdə cəbhəyə yollanıblar. Şuşa uğrunda döyüşlərdə Elmin yaralandığı zaman İlkin onu çiyninə alaraq döyüşməyə davam edib. Özü də yaralanıb, amma qardaşını tərk etməyib. İkisini də əməliyyat etdim, sağlığına qovuşdular. Toylarını edəcəyəm. Elçiliyinə onları sevən hər kəslə birlikdə 1000 nəfər gedəcəyik. Hər kəs əsgərlərimizə göz bəbəyi kimi baxır! Bunlar bizim başımlzı əbədi olaraq uca etdilər! Göz yaşlarımızı saxlaya bilmədiyimizə görə videonu bir neçə dəfə cəhd etdikdən sonra çəkə bildik."
Mənbə: cebhe.info