Ərzurumda Qənirə Paşayevanın anım mərasimi keçiriləcək

Ərzurumda Qənirə Paşayevanın anım mərasimi keçiriləcək

Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin (TDƏD) Ərzurum şöbəsi Şəhər və Mədəniyyət Araşdırmaları Dərnəyi ilə birlikdə mərhum Qənirə Paşayevanın anım mərasimini keçirəcək.

Bu barədə Axar.az-a TDƏD-in Ərzurum şöbəsinin rəhbəri Murad Ərtaş məlumat verib.

Oktyabrın 7-də TDƏD-in şöbə mərkəzində keçiriləcək anım mərasimində Qənirə Paşayevanın həyat və yaradıcılığı, fəaliyyəti və şeirlərindən bəhs olunacaq.

Ərtaş anım mərasiminə Qənirə Paşayevanı sevən və əsərlərini oxuyan hər kəsi dəvət etdiklərini bildirib.

Mənbə: axar.az