Pandemiya yeni epidemiyaya yol açacaq

Pandemiya yeni epidemiyaya yol açacaq

Avstraliyalı alimlər sübut ediblər ki, koronavirus pandemiyası yeni epidemiyaya yol açacaq.

Cebhe.info xəbər verir ki, bu barədə "Lancet" jurnalı proqnoz yayıb.

Məlumatda bildirilir ki, hətta inkişaf etmiş ölkələrdə belə, bu il uşaqlar peyvənddən kənarda qalıb.

ÜST də təsdiqləyib ki, bu il 94 milyon uşaq planlı peyvənd edilmədən kənarda qalıb.

"Bu isə o deməkdir ki, gələn il qızılca və məxmərək xəstəlikləri epidemiya səviyyəsinə gəlib çıxa bilər", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, qızılca və məxmərək xəstəlikləri ən çox insandan-insana keçən infeksion xəstəlikdir və bu risk 90 faiz təşkil edir.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info