Biz sizə inanırıq - Volqoqraddan Zabil Əliyev Prezident İlham Əliyevə yazdı...

Biz sizə inanırıq - Volqoqraddan Zabil Əliyev  Prezident İlham Əliyevə yazdı...

“Biz – Rusiya Federasiyasının Volqoqrad vilayətində yaşayan soydaşlarınız, hər şeydən öncə Sizə möhkəm cansağlığı arzulayırıq! Azərbaycan torpaqlarını işğalçı düşməndən təmizləmək qərarınızı, Sizin yürütdüyünüz siyasəti tam dəstəkləyirik.

Rusiya Federasiyasının Volqoqrad vilayəti ərazisində yaşayan bütün azərbaycanlılar Sizinlə tam həmrəydir!

Güclü siyasət, güclü ordu olmasa, güclü dövlət olmaz. Güclü Azərbaycan dövləti, güclü Azərbaycan Ordusu Sizin böyük xidmətinizdir, dahi siyasətçi, ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətidir. Siz Heydər Əliyevin ədalətli siyasətini davam etdirirsiniz. Biz Sizə inanır və dərin hörmət bəsləyirik.

Sizin səyləriniz və Azərbaycan xalqının gücü bizim sevimli Azərbaycan torpaqlarında sülhü bərqərar edəcəkdir!

Biz hər zaman Sizin yanınızdayıq!”

Bu sözləri Prezident İlham Əliyevə müraciətində Rusiya Federasiyasının Volqoqrad vilayətindən “Azərbaycanlı Soydaşların Hüquqları Komitəsi” Volqoqrad Regional İctimai Təşkilatının rəhbəri Əliyev Zabil Yaqub oğlu bildirib.

 

Mənbə: www.baki-xeber.com