Restoranlar onlayn xidmət göstərir (VİDEO)

Restoranlar onlayn xidmət göstərir (VİDEO)

Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından xüsusi karantin rejiminin müddəti uzadılıb. Nazirlər Kabineti yanında operativ qərargahın qərarına uyğun olaraq bu gündən 28 dekabradək şənbə və bazar günləri Azərbaycanda kafe-restoran və digər iaşə obyektlərində yerində xidmət dayandırılıb.

Biz də paytaxt ərazisində fəaliyyət göstərən bir neçə restorana baş çəkdik. Restoran sahibləri bildirirlər ki, karantin qaydalarına uyğun olaraq yerində xidmət dayandırılsa da onlayn xidmət göstərilir.

DİN-in əməkdaşı Elşad Hacıyev bildirir ki, açıq yerlərlə yanaşı qapalı yerlərdə də əhalinin tibbi maskadan istifadəsi və sosial məsafənin gözlənilməsi ilə bağlı nəzarət-profilaktik tədbirlər DİN əməkdaşları tərəfindən mütəmadi olaraq həyata keçirilir.

COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etsək, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etsək təkcə cərimədən yox eləcə də öz sağlamlığımızı koronavirusdan qorumuş olarıq.

 

Mənbə: www.realtv.az